Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı şəhər 2 saylı tam orta məktəbində "Uşaqların müdafiəsi sayəsində hüquqi bazasının təkmilləşdirilməsi" mövzusunda tədbir keçirildi

0

  •          Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı şəhər 2 saylı tam orta məktəbində 29.12.2021-ci il tarixində şagirdlərin, müəllim kollektivinin və valideyinlərin iştirakı ilə "Uşaqların müdafiəsi sayəsində hüquqi bazasının təkmilləşdirilməsi" mövzusunda tədbir keçirildi.Tədbiri məktəbin direktoru Fiqurə Rüstəmova açıq elan etdi. Fiqurə müəllimə tədbir iştirakçılarına çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanların yaradılması, baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyasının və xüsusi ilə onların peşə təhsilinə yönləndirilməsi mövzularında geniş məlumat verdi.         Növbəti çıxış üçün söz Tarix müəllimi Əbdülov Səbuhiyə verildi. O, uşaqların vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyyəsi istiqamətində işlərin gücləndirilməsi, aztəminatlı ailələrdən olan uşaqların davamlı təhsil hüququnun təmin olunması mövzularında geniş çıxış etdi.         Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin olunması sahəsində fəaliyyətin gücləndirilməsi haqqında Qafarova Aynur müəllimə çıxış etdi.Tədbirin sonunda valideyinlərdən Vəliyev Pənah, Cəbrayılov Yavər, Həsənova Aygün, Mahmudova Günay təhsildən yayınma hallarının qarşısının alınması məqsədi ilə nəzarətin gücləndirilməsinə görə məktəbin müəllim kollektivinə təşəkkür etdilər.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib28 dəfə
    Xocalı şəhər 2 saylı tam orta məktəbində "Uşaqların müdafiəsi sayəsində hüquqi bazasının təkmilləşdirilməsi" mövzusunda tədbir keçirildi

    Maraqlı gələ bilər
    100
    46
    103
    65
    49